Haqqımızda

Sağlam rəqabət və bazar münasibətləri şəraitini nəzərə alaraq “Extranet” İnternet Provayderi olaraq ən son texnologiyaya əsaslanan infrastruktur vasitəsi ilə internet xidmətini yeni yaşayış məntəqələrində, relyefi və xidmət təchizatı çətin olan ərazilərdə əlçatan etməyi hədəfləmişik. Bir çox şirkətlər internetə çıxış üçün sabit və simsiz rabitə texnologiyalarından istifadə etdiyi halda “Extranet” fiber optik şəbəkə üzərindən “WiMax” və digər simsiz texnologiyaların tətbiqi ilə əhatə dairəsini genişləndirəcəkdir. İlk olaraq Cəlilabad rayonundan başlayaraq, qısa müddətdə Tovuz və Oğuz rayonları da xidmət dairəmizə əlavə ediləcəkdir. Qısa müddətli perspektivdə xidmət arealımızın daha da genişləndiilməsi planlaşdırılır.

Bütün dünyada yeni tendensiyalar yaradan “COVID-19” pandemiyası qloballaşma, virtuallaşma ənənələrini də bərabərində gətirib. Bu gün həyatın bütün sahələri kimi, gələcək inkişafımızı müəyyənləşdirəcək təhsil və fəaliyyət sahələri də elektronlaşdırılır. Şirkətimizin əsas məqsədi internet problemi səbəbi ilə işində, dərslərində fasilələr yaranan hər kəsə xitab edə bilməkdir.

Sloqanımızda da deyildiyi kimi, xidmətlərimizdən yararlan və “Fərqi hiss et”.

Missiya

Ölkəmizdə qeyri-neft sektorunda inkişafa təkan verməklə yanaşı, fəaliyyətində son innovasiyaları tətbiq etməklə fərqli internet xidməti təchizatçısına çevrilmək.

Vizyon

Müştəri məmnuniyyətini əsas tutaraq ölkəmizdə, ilk olaraq isə internet xidmətlərinin əlçatan olmadığı regionlarda keyfiyyətli və sürətli internet xidməti göstərməkdir. Bizim vizyonumuz hər bir fərd üçün müasir rabitə xidmətləri sahəsində fərqi hiss etdirən yeganə provayder olmaqdır.

Dəyərlərimiz

Keyfiyyətli xidmət, müştəri məmnuniyyəti və yüksək sürət

Strategiyamız

Zamandan və məkandan asılı olmayaraq, hər zaman yüksək keyfiyyətlə xidmət göstərmək;

“Elektron Azərbaycan” strategiyasına uyğun olaraq ölkəmizin elektronlaşma prosesinə töhfə vermək;

İnfrastrukturun mövcud olmadığı regionlarda, yaşayış məntəqələrində internet xidmətlərini hər kəs üçün əlçatan etmək.